Xəbər lenti

Azərbaycanda məktəb direktoru ölümə səbəb oldu
Ölkə06:47 06.09.2019

Azərbaycanda məktəb direktoru ölümə səbəb oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə Qəndob-Yalama yolunun Qusarçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayonunun Nabran kənd sakini, 1960-cı il təvəllüdlü Orucov Mirbala Zülfüqar oğlu idarə etdiyi "Hyundai Sonata” markalı avtomobillə piyada, Qusarçay kənd sakini, 1960-cı il təvəllüdlü Caniyev İslam İbrahimxəlil oğlunu vuraraq öldürüb.
Qeyd edək ki, M. Orucov Nabran kənd məktəbinin direktorudur.
Faktla bağlı araşdırma aparılır.