Xəbər lenti

Azərbaycanda məktəb direktoru şagirdi zorlamaqda ittiham edilir
Ölkə19:30 15.11.2016

Azərbaycanda məktəb direktoru şagirdi zorlamaqda ittiham edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Zərdab rayonu Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqli saxlanılıb.

Avropa.info-nun məlumatına görə, məktəb direktoru rəhbərlik etdiyi orta məktəbdə şagirdlərədən birini zorlamaqda ittiham olunur. Onun haqqında şagirdin valideynlərinin polisə şikayət etdiyi və bu gün polis tərəfindən saxlanıldığı qeyd edilir.

Hazırda Ceyhun Toqifli haqqında cinayət işi başladılıb və iş Zərdab rayon prokurorluğu tərəfindən araşdırılır.

Zərdab rayon polis şöbəsi faktı təsdiqləyib. Şöbədən bildirilib ki, cinayət işi araşdırılmaq üçün Zərdab rayon prokurorluğuna göndərilib.

Qaynarinfo.Az