Xəbər lenti

Azərbaycanda məktəb uçdu
Ölkə16:22 16.04.2013

Azərbaycanda məktəb uçdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağdamın Baharlı kəndində məktəb binası uçub. APA-nın xəbərinə görə, Cabbar bəy İsmayılbəy oğlu Vəlibəyov adına Birinci Baharlı kənd orta məktəbinin binası uçaraq yararsız hala düşüb. Müəllim və valideynlərin sözlərinə görə, ötən əsrin 70-ci illərində inşa olunan bina uzun illər təmir edilmədiyindən istifadəyə yarasız vəziyyətdə olub. Tikilinin bir hissəsinin uçması nəticəsində xəsarət alan olmayıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional İdarəsinin mütəxəssisləri, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam Rayon Təhsil Şöbəsinin rəhbər işçiləri gəliblər. Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov valideynlərə və məktəbin kollektivinə bildirib ki, təhsil müəssisəsinin fəaliyyətinin davam etdirilməsi üçün lazımi köməklik göstəriləcək.

Qaynar.info