Xəbər lenti

Azərbaycanda məmur jurnalistləri hoteldən qovdurdu - FOTOLAR
Ölkə11:51 29.05.2013

Azərbaycanda məmur jurnalistləri hoteldən qovdurdu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mayın 29-da Bakıdakı “Avropa” hotelində qalmaqal yaşanıb. Dövlət Miqrasiya Xidmətinin (DMX) tədbirinə dəvət alan jurnalistlər hoteldən qovulub. 

Bu barədə “Yeni Müsavat”a məlumat verən tədbirdə iştirak edən jurnalistlər bildiriblər ki, öncə onlara bayırda gözləməli olduqlarını deyiblər. Tədbir zamanı DMX rəisi Firudin Nəbiyevlə Bakıda fəaliyyət göstərən şirkət rəhbərlərinin görüşü olub. Həmin görüşdən çıxan DMX rəisinin açıqlama verməsini istəyən jurnalistlər mühafizəçilərin kobud münasibəti ilə üzləşiblər. Bir saat hotelin dəhlizində gözləyən jurnalistlər tədbirin keçirildiyi zala buraxılmayıb. Vəziyyətə etiraz edən jurnalistlər DMX rəisi Firudin Nəbiyevin göstərişi ilə hoteldən qovulublar.

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidməti açıqlama vermək istəmədi.

Qaynar.info