Xəbər lenti

Azərbaycanda məmurun evinə basqın (OLAY)
Ölkə08:35 11.05.2013

Azərbaycanda məmurun evinə basqın (OLAY)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda idarə müdirinin evinə basqın edilib.

Sabirabad Rayon Polis Şöbəsindən APA- verilən məlumata görə, hadisə mayın 10-dan 11-nə keçən gecə rayonun Cavad kəndində qeydə alınıb.

Rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun evinə daxil olan bir neçə şəxs ondan pul tələb edib. H. Gülüşov evdə olan 1500 manatı həmin şəxslərə verib.

Hazırda hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir. 

Qaynar.info