Xəbər lenti

Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı - Yarım milyonluq dələduzluq
Ölkə07:32 09.01.2018

Azərbaycanda məşhur iş adamına cinayət işi açıldı - Yarım milyonluq dələduzluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir.
Qaynarinfo-nun "Report"a istinadən məlumatına görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, M.Balakişiyev iş adamıdır. O, "Atena” süd məhsulları kombinatının təsisçisi və "Fərhad-91” yun emalı müəssisəsinin sahibidir.