Xəbər lenti

Azərbaycanda mobil operatorların işi yoxlanılacaq
Ölkə13:33 05.04.2015

Azərbaycanda mobil operatorların işi yoxlanılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda mobil rabitə operatorlarının ("Bakcell", "Azercell" və "Azerfon") göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılmasına başlanılıb. 
Qaynar.info Trend-ə istinadən xəbər verir ki, bunu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən deyiblər. Monitorinq mayın sonunadək davam edəcək və Bakının mərkəzi rayonlarını və ətraf ərazilərini əhatə edəcək.
Monitorinq zamanı hər üç mobil operatorun göstərdiyi səs və məlumat ötürmə xidmətlərinin keyfiyyəti yoxlanılacaq. Operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılması üçün ABŞ şirkəti cəlb edilib.
Qaynar.info