Xəbər lenti

Azərbaycanda müəllim onlayn müsahibəyə dağ başından qatıldı (VİDEO)
Ölkə15:12 19.05.2020

Azərbaycanda müəllim onlayn müsahibəyə dağ başından qatıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Koronavirus pandemiyasına görə mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçirilir.
Qaynarinfo xəbər verir ki, Yardımlı rayon Arvana kənd tam orta məktəbinin coğrafiya müəllimi Tural Zəkili onlayn müsahibəyə qatıla bilmək üçün dağın başına çıxıb.
Bu barədə məlumatı və videonu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşıb.
<iframe src="https://www.facebook.com/plugins/video.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fcasarat.valehov%2Fvideos%2F3160319533989571%2F&show_text=0&width=560" width="560" height="308" style="border:none;overflow:hidden" scrolling="no" frameborder="0" allowtransparency="true" allowfullscreen="true">