Xəbər lenti

Azərbaycanda müəlliməni geyiminə görə dərsdən qovdular - QALMAQAL
Ölkə12:31 02.04.2014

Azərbaycanda müəlliməni geyiminə görə dərsdən qovdular - QALMAQAL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Sumqayıtda yerləşən məktəb müəlliməsini qırmızı koftaya görə dərsdən çıxarıblar”.

“Axar.az”a bu barədə adının çəkilməsini istəməyən müəllimə bildirib.

Onun sözlərinə görə, direktor dərsə qırmızı kofta geyinən müəlliməni dərsdən çıxardıb və evə gedib koftasını dəyişməyi tələb edib. Bundan əlavə olaraq, 1 nömrəli internat məktəbinin və Təfəkkür liseyinin müəllimələrinə parlaq dodaq boyası çəkmək və dikdaban ayaqqabı geyinmək, zinət əşyaları taxmaq qadağan olunub. Müəllimlər isə vahid formaya keçiblər: tünd göy və ya qara yubka-pencək və ağ kofta.

 Məsələ ilə bağlı olaraq Sumqayıt şəhər Təhsil şöbəsi müdirinin səlahiyyətlərini icra edən Vaqif Ələkbərovla əlaqə saxladıq. O isə müəllimələrə vahid geyim tətbiq edildiyini inkar edib: “Yox, doğru deyil. Müəllimlərin vahid formaya keçməsi xəbəri doğru deyil və planda hələlik belə bir şey yoxdur”. 

Qaynar.info