Xəbər lenti

Azərbaycanda müəmmalı qətlin üstü açıldı
Ölkə12:11 05.10.2013

Azərbaycanda müəmmalı qətlin üstü açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda 17 gün əvvəl 45 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirən şəxs tutulub.

Sumqayıt Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 18-də Arzu Nəcəfovanı bıçaqla qətlə yetirmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş  23 yaşlı Eldəniz Çingiz oğlu Hacıyev tutulub.

 APA-nın əldə etdiyi məlumata görə, A.Nəcəfova yüngül həyat tərzi keçirirmiş. E.Hacıyev sentyabrın 18-də cinsi münasibətdə olmaq üçün onun yaşadığı ünvana gəlib, bu zaman onların arasında mübahisə düşüb. Mübahisə zəminində E.Hacıyev çoxsaylı bıçaq zərbələri ilə A.Nəcəfovanı qətlə yetirib. Sentyabrın 25-də A.Nəcəfovanın qətlə yetirilmiş meyiti Sumqayıt şəhəri 14-cü məhəllə, ev 12/21 ünvanında kirayədə yaşadığı mənzildə tapılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.

Qaynar.info