Xəbər lenti

Azərbaycanda multimedia portalı açıldı
Ölkə12:45 12.11.2013

Azərbaycanda multimedia portalı açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan internet məkanında  yeni multimedia portal fəaliyyətə başlayır. Myworkroom.net saytında Azərbaycanda yaşamış və yaşayan ictimai xadimlərlə video müsahibələr və fotolar yer alır.
 
Saytın rəhbəri Əziz Kərimovun verdiyi açıqlamaya görə, bu sayt Azərbaycanda ilk multimedia portalıdır:
 
"Bu saytda çalışmışıq ki, müsahiblərin peşələrindən kənar həyatlarını, düşüncələrini ön plana çıxaraq. Çəkilişlər əsasən müsahiblərin çalışma otaqlarında  aparılır. Bu üsulla əşyalar sahibləri haqqında məlumat verir. Müsahibin oxuduğu kitablar, kolleksiyası, şəxsi fotoları... bir sözlə çalışma otağını və orada həmin şəxsə dəyərli olan əşyarları önə  çıxarmağa çalışmışıq.
 
Qeyd edək ki, hazırda Azərbaycanda çoxlu sayda saytlar fəaliyyət göstərir. Demək olar ki, bütün sahələri əhatə edən elmi, siyasi, sosial, əyləncə və s. saytlar var. Amma multimedia tipli sayt yoxdur.
 
Düşünürük ki, bu saytın Azərbaycan internet məkanında özünün yeri olacaq. Çalışmışıq bu sayt hamı üçün maraqlı olsun. Sayt əyləncə xarakteri daşımır. Daha çox müsahiblərin alternativ fikirlərini önə çıxartmaqdan ibarətdir.
 
Saytı ingilis dilində etməyimizin məqsədi xaricdə yaşayan vətəndaşlarda Azərbaycan şəxsiyyətləri haqda alternativ fikir formalaşdırmaqdan ibarətdir".

Qaynar.info