Xəbər lenti

Azərbaycanda müxalifətçini güllələyib üstündən maşınla keçdilər - YENİLƏNİB
Ölkə13:39 04.03.2014

Azərbaycanda müxalifətçini güllələyib üstündən maşınla keçdilər - YENİLƏNİB

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

KXCP üzvü Aydın Xəlilovun meyitini asfaltın üstündə sürüyüblər

KXCP Ali Məclisinin və Salyan rayon təşkilatının üzvü Tahir Abbaslı Qaynar.info-ya açıqlamasında bildirib ki, qətlin hansı səbəbdən törədildiyi məlum olmasa da, müxtəlif versiyalar var: "Aydın bəy nüfuzlu, əxlaqlı bir insan idi. Şəxsi zəmində heç kəslə düşmənçiliyi yox idi, hamı ona hörmətlə yanaşırdı. Ona görə də bu qətlin şəxsi zəmində törədilməsi inandırıcı görünmür. Bu gün saat 11-12 radələrində onu evdən çağırıblar və qara rəngli “Prado”ya oturub. Maşın Salyan- Şirvan istiqamətinə hərəkət edib. Bir az getdikdən sonra onu qətlə yetiriblər. Maşının nömrəsi palçıqla suvanıb və nömrəni müəyyənləşdirmək mümkün olmayıb.  Hazırda polis axtarış aparır, istintaq gedir. Biz də müəyyən dəqiqləşdirmələr aparandan sonra hər şeyi detalları ilə açıqlayacağıq. Bura Azərbaycandır, hər şey ola bilər". 

_______

16:47

Martın 4-də, günorta 14 radələrində Salyanda müxalifətçi Aydın Rafiq oğlu Xəlilovu vəhşicəsinə öldürüblər. Bu haqda “Yeni Müsavat”a məlumat verən mənbə deyib ki, A.Xəlilovu yaşadığı Salyanın Qaraçala kəndindəki evindən naməlum şəxs çağırıb. 

Müxalifətçi həmin şəxsin gəldiyi qara rəngli “Prado”ya oturub və maşın Salyan- Şirvan istiqamətinə hərəkət edib. Evindən 500 metr aralandıqdan sonra Aydın Xəlilova bıçaq xəsarətləri yetirilib, odlu silahdan atəş açılıb. Meyitini Salyan- Şirvan yoluna ataraq üstündən bir neçə dəfə keçiblər. Paltarları maşının altına ilişən müxalifətçinin meyitini asfaltın üstündə sürüyüblər. Redaksiyamızı olay haqda bilgiləndirən mənbə deyib ki, qara “Prado”nun nömrə nişanları palçıqlı olduğundan kimsə onu görə bilməyib. 

1965-ci il təvəllüdlü A.Xəlilovun kimin və niyə görə öldürməsinin səbəbi hələlik məlum deyil.///musavat.com