
Sabah Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünə start veriləcək.
Qaynarinfo.Az xəbər verir ki, I turda baş tutacaq "Qarabağ" – "İnter" matçının proqramında dəyişiklik olub.
Belə ki, "Qarabağ"ın stadionu "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işləri aparıldığı üçün "İnter"lə ilk oyun səfərdə - "İnter Arena"da baş tutacaq.
Beləliklə, ilk dəfə 8 komandanın iştirakı ilə keçiriləcək çempionat sabah 2 oyunla start götürəcək.
Azərbaycan Premyer Liqası
I tur
6 avqust
18:00 AZAL - "Neftçi"
20:00 "Zirə" - "Sumqayıt"
7 avqust
"İnter" - "Qarabağ"
8 avqust
"Qəbələ" - "Kəpəz"
Qaynarinfo.Az