Xəbər lenti

Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?
Ölkə19:41 29.11.2017

Azərbaycanda nə qədər şəkərli diabet xəstəsi var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ötən illə müqayisədə bu il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb”.
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında millət vəkili, Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənov bildirib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə 220 min qeydiyatda olan şəkərli diabet xəstəsi var: "Qeydiyata düşməyən xəstələrin sayını nəzərə alsaq, onda bu rəqəm artmış olacaq. MDB üzrə Azərbaycan yeganə ölkədir ki, şəkərli diabet xəstələrinə dair xüsusi dövlət proqramı qəbul edilib. Cənab prezident bu proqramı təsdiqləyib. Hazırda xəstələrin hamısı pulsuz dərmanlarla təmin olunur”.
Baş endokrinoloq vurğulayıb ki, xəstəliyin qarşısını almaq üçün karbohidratların istifadəsini azaltmaq lazımdır: "Kobud dillə desək, şirniyyatlar, hipodinamiya, stres faktorları da piylənəyə gətirib çıxarır. Nəticədə şəkərli diabet yaranır. Bunların hamısı bir-birinə bağlıdır”.
R.Məmmədhəsənov regionlarda yaşayan şəkərli diabet xəsətlərinə insulinin çatdırılmasında problemlərin olmadığını vurğulayıb.