Xəbər lenti

Azərbaycanda neçə vərəm xəstəsi var?
Ölkə17:38 23.08.2014

Azərbaycanda neçə vərəm xəstəsi var?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, ötən il müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 11 456 nəfər olub. İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı isə 4 528 nəfər (Əhalinin hər 100 000 nəfərinə 48,7 nəfər) təşkil edib. Onlardan 3652-si ağciyər vərəmi, 100-ü sümük və oynaqların vərəmi, 38-i sidik - cinsiyyət yollarının vərəmi, 469-u vərəmli plevrit, 115-i döş qəfəsidaxili limfa düyünlərinin vərəmi, 11-i qırtlaq, traxeya və bronxların vərəminin payına düşür.

İlk dəfə qoyulmuş diaqnozla qeydə alınmış 4 528 vərəmli xəstələrdən 3 270-i kişi, 1 258-i isə qadınlardır. Vərəm daha çox 18-29 yaşlı insanlar arasında qeydə alınıb. Belə ki, xəstələrin 179-u 0-13 yaşlı, 323-ü 14-17 yaşlı, 1 637-si 18-29 yaşlı, 1 058-i 30-44 yaşlı, 1 132-si 45-64 yaşlı, 199-u 65 və yuxarı yaşda olan insanlardır.(APA)

Qaynar.info