Xəbər lenti

Azərbaycanda neft qatarı aşdı - BÖYÜK QƏZA
Ölkə09:19 13.01.2013

Azərbaycanda neft qatarı aşdı - BÖYÜK QƏZA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanıb

Fövqəladə Hallar Nazirliyi Hacıqabulda neft daşıyan qatarın qəzaya uğraması ilə bağlı rəsmi məlumat yayıb.  Hacıqabul rayonu, Pirsaat stansiyasında dəmiryolu qəzası baş verib.

Qaynar.info-nun FHN rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı-Gürcüstan istiqamətində hərəkət edən, 40 vaqondan ibarət hər birinin tutumu 60 ton olan xam neftlə dolu 7 vaqon xəttdən çıxıb və onlardan 3-ü aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvələri və texnikası hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-nin məlumatında həmçinin qeyd olunur ki, aşmış vaqonlardan ətrafa dağılan xam neft 1000 kv.m sahədə yanıb. Yanğından vaqonların qalan hissəsi və yaxınlıqdakı evlər mühafizə olunub.

Yanğın saat 02:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hazırda qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq işlər görülür, yanğınsöndürənlər hadisə yerində növbə çəkir. Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.