Xəbər lenti

Azərbaycanda orqanlarını dəyişənlərin sayı açıqlandı
Ölkə18:31 26.03.2017

Azərbaycanda orqanlarını dəyişənlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda ötən il orqan transplantasiyası həyata keçirən xəstələrin sayı açıqlanıb.
Trend-in məlumatına görə, 2016-cı ildə 63 nəfərə böyrək köçürülüb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər immunosuppressiv dərman preparatları ilə təmin olunur.
Ötən il ərzində Azərbaycanda 18 nəfərə isə qaraciyər köçürülüb. Bununla yanaşı, 76 xəstəyə endoprotezləşmə əməliyyatı, 26 uşağa koxlear implantasiya əməliyyatı olunub.
2016-cı ildə yalnız Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində 1000-ə yaxın açıq ürək əməliyyatı icra olunub. Onların 244-ü uşaqlar üzərində aparılıb.
Qaynar.Az