Xəbər lenti

Azərbaycanda ovçuluq edən ərəb şeyxləri geri qayıtdı
Ölkə20:27 11.03.2015

Azərbaycanda ovçuluq edən ərəb şeyxləri geri qayıtdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Küveyt əmiri şeyx Tamim bin Hamad əl-Taninin qardaşları Kür ətrafında üç həftəlik ov etdikdən sonra ölkələrinə qayıdıblar. Bu haqda haqqin.az məlumat yayıb.
Ərəb şeyxləri Azərbaycanda tərlan ovu ilə məşğul olublar, onlar Kür ətrafında vadidə çadırlarda yaşayıblar.
Yerli təbiət və kənd sakinlərinin sadəliyi ərəblərin o qədər xoşuna gəlib ki, onlar burada torpaq sahəsi almaq arzusunu bildiriblər. Azərbaycanda olduğu zaman ərəb şeyxləri İmişli çöllərində də olublar.
Xatırladaq ki, 4 il əvvəl Küveytin sabiq əmiri və indiki əmirin atası Azərbaycanda olub. Əmir Hacıqabul ərazisində ov edib və həmçinin çadırlarda gecələyiblər.
Qaynar.info