Xəbər lenti

Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır
Ölkə15:50 27.02.2018

Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Paytaxt Bakı üçün rəsmi şəhər kartı - "Baku Card" dövriyyəyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir. Bu barədə Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə məlumat verib.
O, kartın qiymətlərini də açıqlayıb: "Baku Card" 3 növ olacaq 35, 60 və 90 manatlıq. 1-ci 24 saatlıq, 2-cii 72 saatlıq, 3-cü isə 1 həftəlik istifadə üçün nəzərdə tutulub”.
Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, muzeylərdən və digər mədəniyyət mərkəzlərindən isə ödənişsiz və yaxud endirimlə istifadə edəcək. Bundan əlavə, "Baku Card” sahiblərini mağazalar, kafelər, restoranlar və digər yerlərdə endirimlər və xüsusi təkliflər gözləyir.