
Ötən il qida və içki istehsalı müəssisələri tərəfindən 2,8 milyard manat həcmində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin verdiyi xəbərə görə, əvvəlki illə müqayisədə qida məhsullarının istehsalında 4,2 faiz, içki istehsalında isə 13,6 faiz artım müşahidə olunub.
Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozunun istehsalı 16,6 faiz artaraq 414,1 min ton, üzlü süd istehsalı 1,3 faiz artaraq 830,4 min ton, pendir və kəsmik istehsalı 1,2 faiz artaraq 47,5 min tona çatıb.
Həmçinin pivə istehsalı 10,0 faiz artaraq 5,3 mln. dkl, alkoqolsuz içkilərin istehsalı 6,8 faiz artaraq 25,9 mln. dkl təşkil edib.
Qaynar.info