
Cəlilabadda oğurluq faktı qeydə alınıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 8-də günorta saatlarında şəhərin Mirzə Fətəli Axundov küçəsində yerləşən 1 saylı poçt şöbəsində baş verib. Naməlum şəxs və ya şəxslər binanın pəncərələrindəki metal barmaqlıqları xüsusi alətlərlə kəsməklə içəri daxil olublar. Onlar buradan abonentlərdən yığılmış kommunal xərclərə dair pullarının saxlandığı seyfi oğurlayıblar. Seyfdə nə qədər pulun olması barədə hələlik məlumat verilmir. Poçtdakı digər texniki avadanlıqlara isə toxunulmayıb.