Xəbər lenti

Azərbaycanda polis qəzada öldü
Ölkə06:35 22.04.2013

Azərbaycanda polis qəzada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hadisə Quba-Xaçmaz yolunda baş verib

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz Rayon polis İdarəsindən Anspress-ə verilən məlumata görə, aprelin 21-də Xaçmazdan Qubaya gedən yolda “VAZ 2109” markalı avtomobilin ağaca çırpılması nəticəsində 2 nəfər dünyasını dəyişib.

Hadisə nəticəsində maşının sürücüsü 1984-cü il təvəllüdlü Həmidov Dəyanət Nüsrəddin oğlu və maşında olan digər sərnişin 1985-ci il təvəllüdlü Lednejova Pərvanə Tehran qızı hadisə yerində dünyasını dəyişiblər. Sürücünün Xaçmaz Rayon Dəmiryolu Xətt Polisi Şöbəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Qaynar.info