Xəbər lenti

Azərbaycanda polislər kronavirusa yoluxub (RƏSMİ)
Ölkə09:21 21.04.2020

Azərbaycanda polislər kronavirusa yoluxub (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Koronavirusa yoluxanlar arasında polis əməkdaşları var”.
Qaynarinfo xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbua xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.
E.Zahidov qeyd edib ki, gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır:
"Çünki onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar. İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maaiflənməsi istiqamətində xidmət aparırlar. Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, polislər də koronavirusdan sığortalanmayıblar”.
E.Zahidovun sözlərinə görə hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir:
"Dəqiq say açıqlaya bilmərəm. Amma onların hər birinin səhhəti normaldır, müalicələri davam edir”.
Yaşlarına gəlincə, DİN rəsmisi koronavirusa yoluxan polislərin gənclər olduğunu deyib:
"Şəhərdə xidmətdə olan polislərimizin hamısı gənclərdir. Ona görə yoluxanlar da elə gənc polislərimizdir. Allahdan hər birinə şəfa diləyirik!”.