Xəbər lenti

Azərbaycanda polkovnik fəciəvi şəkildə həlak oldu (VİDEO)
Ölkə10:35 22.08.2017

Azərbaycanda polkovnik fəciəvi şəkildə həlak oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qaynarinfo" azvision.az-a istinadən xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də Tovuz rayonu ərazisində "Mercedes” markalı minik avtomobili ilə "MAN” markalı yük avtomobili toqquşub.

Qəza nəticəsində "Mercedes”in sürücüsü, Dövlət Gömrük Komitəsinin əməkdaşı, polkovnik-leytenant Kərimov Rafiq Baratəli oğlu həlak olub. Qəza zamanı xəsarət alan digər şəxs Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. 

Qaynarinfo.Az