Xəbər lenti

Azərbaycanda polkovnik həbs olundu
Ölkə09:54 14.03.2017

Azərbaycanda polkovnik həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dələduzluqda təqsirləndirilən polkovnikə hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

İstiPress-in məlumatına görə, məhkəmənin hökmü ilə Ə. Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Ə. Məhərrəmov 2015-ci ilin fevralında həbs edilib. Araşdırma zamanı məlum olub ki, 90-dan çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəltmək vədi verib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Qaynar.Az