Xəbər lenti

Azərbaycanda professor qətlə yetirildi
Ölkə05:09 29.08.2020

Azərbaycanda professor qətlə yetirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gəncədə qətl hadisəsi olub. 
Publika.az xəbər verir ki, hadisə Gəncə şəhər Bağbanlar qəsəbəsi, Eti Qurbanov küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxs 1953-cü il təvəllüdlü Yusif Dəmirovun ürək nahiyəsindən və sol bazu nahiyəsindən bir neçə bıçaq zərbələri endirib. Yaralı aldığı bıçaq zərbələrindən hadisə yerindəcə keçinib.
Qeyd edək ki, Y.Dəmirov Gəncə Tibb Kollecinin professorudur. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.