Xəbər lenti

Azərbaycanda qadını başından vuruldu
Ölkə09:02 10.12.2013

Azərbaycanda qadını başından vuruldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə alqı-satqı zamanı tərəflər arasında narazılıq sonda döyülmə ilə nəticələnib

Gəncədə alqı-satqı zamanı tərəflər arasında narazılıq sonda döyülmə ilə nəticələnib. ANS PRESS-in “Kəpəz TV”yə istinadən verdiyi məlumata görə, hadisə Tovuzun Dönük Qırıqlı kəndində baş verib.

Qovlar sakini Validə Həsənova əvvəllər qonşusu olan Gədəbəy rayon sakini İlham adlı şəxsdən telefon almaq qərarına gəlib.

Qiyməti razılaşıb, pulun yarısını ödəyən 32 yaşlı Validə Həsənova rəfiqəsinin evində İlhamdan telefonu tələb edəndə eks qonşu buna etiraz edərək küt alətlə qadının baş nahiyəsindən zərbə endirib. Huşunu itirən Qovlar sakini dərhal Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Faktla bağlı araşdırma aparılır.


Qaynar.info