XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər
Ölkə16:51 26.08.2026

Azərbaycanda qadınlar kişilərdən daha uzunömürlüdürlər

Azərbaycanda 2025-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 74.9 il, qız uşaqları üçün isə 79.3 il olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2024-cü illə müqayisədə göstərici oğlanlarda 0.4 il, qızlarda isə 0.1 il artıb.

Belə ki, 2025-ci ildə doğulan qızların gözlənilən ömür uzunluğu oğlanlarla müqayisədə 4.4 il daha çox olub.

Müqayisə üçün, 2000-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 68.6 il, qız uşaqları üçün isə 75.1 il təşkil edib.