Xəbər lenti

Azərbaycanda qadınlarla bağlı yüngülləşdirici qərar qəbul olundu
Ölkə12:32 28.10.2017

Azərbaycanda qadınlarla bağlı yüngülləşdirici qərar qəbul olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cinayət Məcəlləsinin 121-ci maddəsinə (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) azadlığın məhdudlaşdırılması əlavə edilib. "Sputnik"in məlumatına görə, 121-ci maddənin sanksiyasında "üç" sözündən əvvəl "üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya" sözləri əlavə edilib.
Təklif olunan mətndə deyilir ki, ananın yeni doğduğu uşağı, doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mövcud mətndə isə göstərilir ki, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi – 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Xatırladaq ki, dəyişiklik ötən həftə parlamentin iclasında birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Qaynarinfo.Az