Xəbər lenti

Azərbaycanda qatar maşını vurdu: Ölən və yaralananlar var
Ölkə05:07 05.04.2017

Azərbaycanda qatar maşını vurdu: Ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib

Sabirabadda iki nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın  xəbərinə görə, qəza Sabirabad rayonunun Osmanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, qatar “QAZ 31” markalı 54 BJ 709 dövlət nömrə nişanlı minik avtomobilini vurub.

Qəza nəticəsində avtomobildə olanlardan iki nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Xəsarət alan şəxs Şirvan şəhər xəstəxanasına yerləşdirib. Ölənlərdən birinin Sabirabad rayonu Hacıbəbir kənd sakini, 1972-ci il təvəllüdlü Məmmədov Əflatun Dəmirqulu oğlu olduğu bildirilir.   Qəzanın təfərrüatları, ölən və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.

Qaynar.Az