Xəbər lenti

Azərbaycanda qatar minik avtomobili ilə toqquşdu: bir ailənin 3 üzvü öldü
Ölkə17:40 15.02.2017

Azərbaycanda qatar minik avtomobili ilə toqquşdu: bir ailənin 3 üzvü öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Saatlı rayonunda ağır yol qəzası baş verib.

Qaynarinfo.Az-ın APA-ya istinadən məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.

Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.

Qaynarinfo.Az