Xəbər lenti

Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq
Ölkə10:21 23.04.2018

Azərbaycanda “QAZ” markalı avtomobillər yığılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın "Qorki Avtomobil Zavodu” (QAZ) ASC ilə "Azərmaş” ASC arasında "QAZ” markalı avtomobillərin Azərbaycanda yığımına dair əməkdaşlıq haqqında memorandum imzalanıb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, sənədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin arasında keçirilmiş görüş çərçivəsində imza atılıb. 
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi yanında "Şahdağ Turizm Mərkəzi” QSC ilə Rusiyanın "Şimal Qafqaz Kurortları” ASC arasında əməkdaşlığa dair memorandum da imzalanıb.