Xəbər lenti

Azərbaycanda qızlar hamamından reportaj – FOTOLAR
Ölkə12:13 15.11.2013

Azərbaycanda qızlar hamamından reportaj – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın qədim şəhərlərindən olan Dərbəndin qızlar hamamı...

Qaynar.info xəbər verir ki, hamam XIII əsrdə tikilib. Hazırda UNESCO tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb və qorunur. Hamam 4 otaqdan – vanna və 2 kiçik otaqdan ibarətdir.

Qızlar hamamına bitişik hissədə isə XVII əsrə aid qadınlar hamamı yerləşir. Hər iki hamamın tikilişi zamanı otaqlarda yerləşən qübbələrdə bayırla içəri arasındakı olan təmas - işıqlandırma sistemi nəzərə alınıb. 

Hamamlar tikilərkən nəzərə alınan əsas amillərdən biri də onların İslam dünyasının ilk məscidlərindən olan Dərbənd Cümə Məscidinə yaxınlığıdır. Yerli bələdçilərin dediyinə görə, bu, məscidə cümə xütbələrinə və digər dini ayinlərə gedən insanlar üçün şəraitin yaradıldığından xəbər verir. Belə ki, qadınlar da məscidə getməzdən öncə hamamda çimirmişlər.

Qeyd edək ki, fotolar Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Tarixi izlər" layihəsi çərçivəsində Dərbən səfəri zamanı çəkilib.


Pərviz Əzimov
Fotolar: Orxan Əzimov