Xəbər lenti

Azərbaycanda qrip epidemiyası yayılıb - Rəsmi
Ölkə17:57 29.12.2016

Azərbaycanda qrip epidemiyası yayılıb - Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda mövsümi qrip virusuna yoluxma hallarında artım müşahidə olunur. 
Səhiyyə Nazirliyi Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımovun APA-ya verdiyi məlumata görə, hələlik vəziyyət epidemioloji hədd daxilindədir. Onun sözlərinə görə, ötən illərlə müqayisədə qripə yoluxanların sayı artır: "İnsanlar qripə tutulduğu zaman ilkin olaraq, poliklinikalara, təcili yardıma müraciət edir. Onlar xəstəlik simptomları baş verəndə nə qədər tez müraciət etsə, o qədər tez müalicə olunar və sağalar".
V.Qasımov bu gün sosial şəbəkələrdə qrip epidemiyasından bir nəfərin ölməsi barədə yayılan xəbərə münasibət bildirib. O, bu barədə məlumatsız olduğunu deyib.
Qaynarinfo.Az