Xəbər lenti

Azərbaycanda “radar”larla bağlı yeni qaydalar tətbiq olunur
Ölkə12:20 19.02.2014

Azərbaycanda “radar”larla bağlı yeni qaydalar tətbiq olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanması zamanı tətbiq olunan qaydalarda yeniliklər edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 391.1-1 maddəsi əlavə olunur.
 
Layihəyə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunacaq.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclas müzakirəyə çıxarılacaq.

Qaynar.info