Səhiyyə naziri Oqtay Şirəliyev kadr islahatlarına başladı
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru Sənan Kərimov işdən çıxarılıb. AzNews.az-ın məlumatına görə, Sənan Kərimovun yerinə Sabunçu rayon 3 saylı Xəstəxanasının Cərrahiyə Şobəsinin müdiri Nazim Qasımov təyin olunub. Məlumatı Həkimlərin Təkmilləşdirmə İnstitutunda da təsdiq etdilər. Telefon zəngimizə cavab verən və adını bizə bildirməkdən imtina edən institutun xanım əməkdaşı ADHTİ-yə Nazim Qasımovun rəhbərlik etdiyini dedi.
Bununla belə həmsöhbətimiz 2009-cu ildən instituta rəhbərlik edən Sənan Kərimovun hansı səbəbdən işdən çıxarıldığı barədə danışmaq səlahiyyətində olmadığını da sözlərinə əlavə etdi.