Xəbər lenti

Azərbaycanda sabahdan maska tələbi ləğv edilir
Ölkə06:08 30.04.2022

Azərbaycanda sabahdan maska tələbi ləğv edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sabahdan tibbi maska tələbi ləğv edilir.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.
Qərara əsasən, 2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv olunur.
Eyni zamanda, sabahdan Azərbaycanın beynəlxalq hava limanı ərazisində və Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımayacaq və yalnız tövsiyə edilir.