Xəbər lenti

Azərbaycanda sabiq deputatın qardaşını soydular
Ölkə11:45 06.11.2013

Azərbaycanda sabiq deputatın qardaşını soydular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Özlərinini "nəqliyyat müfəttişləri" kimi aparan şəxslər Tovuz rayonunun sakininə qarşı qanunsuz və kuryoz hərəkətə yol veriblər. 

Bu barədə mətbuata sabiq deputat, iqtisadçı Nazim Məmmədov məlumat verib.

Sabiq parlamentarın sözlərinə görə, həmin şəxs onun rayonda yaşayan doğma qardaşıdır. Onun  iş adamı olan qardaşı Tovuzdan Bakıya qohumlarının toyunda iştirak etmək üçün gəlibmiş. O, "Mersedes-Vita" markalı avtomobili ilə geri qayıdanda Lökbatan dairəsində dayanıb, içməyə su alıb, yerinə əyləşəndə bir nəfər onun yanina oturub, hara getdiyini soruşub, "Tovuza" cavabı alınca onu da o istiqamətə aparmağı xahiş edib. Sürücü "yox" cavabı versə də, həmin adam maşının saxlanc qutusunda onun sənədlərini və 5 min manat pulunu götürərək qaçıb. 

N.Məmmədov bildirir ki, qardaşına qarşı bu aşkar soyğunçulu edənlər  3-4 nəfər olublar. Onları yaxınlıqdakı polislər də görüb. Polislər bu olayaq qarışmaq istməyərək deyiblər ki, o şəxslər nəqliyyat müfəttişləridir və polislər onların işinə qarışmırlar, ən yaxşısı DİN-in 102 xidmətinə zəng etməkdir.

N.Məmmədov qeyd edir ki, o, bu olayla bağlı nəqliyyat nazirinin müavininə, DİN-ə zəng edərək xəbər verib, bu biabırçılığın araşdırılmasını istəyib: "Hazırda qardaşım Qaradağ polisində izahat yazır"./musavat.com/

Qaynar.info