Azərbaycanda şəkər tozunun qiyməti bahalaşıb.
Qaynarinfo xəbər verir ki, Bakıda şəkər tozunun 50 kiloqramlıq kisəsi 75 manata, bölgələrdə isə 50-75 manat arasında dəyişməsi ilə bağlı məlumat yayılıb.
Şəkər tozunun qiymətinin artırılması ilə bağlı araşdırmamızdan sonra bunları öyrəndik:
"Rahat” və "Araz" marketlər şəbəkəsində hazırda şəkər tozunun 1 kloqramı 1 manat 40 qəpiyə satılır.
"Al” marketlər şəbəkəsində şəkər toxunun 1 kloqramı 1 manat 50 qəpiyədir.
Topdansatış market şəbəkəsi kimi tanınan "Xəzər” marketdə isə şəkər tozunun 800 qram qablaşdırılmış paketlərinin 1 manat 90 qəpiyə satıldğı deyilib.
Bahar Rüstəmli