Xəbər lenti

Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var
Ölkə14:58 16.10.2016

Azərbaycanda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 Hadisə şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb.

Şəhərdə 4 nömrəli xətt üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobusla “VAZ2107” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ”-ın sürücüsü olan  1980-ci il təvəllüdlü Sənan Avazov, sərnişinlər, 1989-cu il təvəllüdlü Aynurə İbrahimova və 1987-ci il təvəllüdlü Xəyalə Musayeva müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.(APA)

Qaynarinfo.Az