Xəbər lenti

Azərbaycanda silah biznesmenləri tutuldu
Ölkə09:30 18.12.2013

Azərbaycanda silah biznesmenləri tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Alverçilər silah satarkən iş başında saxlanılıblar

Bərdə sakini silah-sursat satarkən tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bərdə rayon sakini Qafqaz Bədəlov 1 ədəd “AKSU” markalı silahı, 27 ədəd patronu və 1 ədəd patron darağını satarkən tutulub.

O, Baş Cinayət-Axtarış İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin silah və sursatı Q.Bədəlova verən Tərtər rayon sakini İsa Hüseynov da saxlanılıb.


Qaynar.info