Xəbər lenti

Azərbaycanda silahlanmış qadın qohumuna HÜCUM ETDİ
Ölkə12:27 29.01.2014

Azərbaycanda silahlanmış qadın qohumuna HÜCUM ETDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bərdə rayonu Xəsilli kənd sakini Bəsti Salmanova qohumu Əvəzxan Salmanovun evinin qaşısında havaya atəş açdı

Azərbacanda silahlanmış qadın qohumunu qorxutmaq üçün onun evinin qarşısında atəş açıb. 

Ans press-in Daxili İşlər Nazirlıyinə istinadən verdiyi məlumata görə, Bərdə rayonu Xəsilli kənd sakini Bəsti Salmanova yanvarın 27-də gecə saat 01 radələrində ov tüfəngi ilə silahlanaraq qohumu Əvəzxan Salmanovun evinin qaşısına gəlib və havaya atəş açıb.

Hadisə şahidləri baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. B.Salmanova könüllü olaraq sənədləri olmayan qundağı kəsilmiş ov tüfəngini, 3 ədəd patronu və 12 ədəd gilizi Bərdə RPŞ-nin hadisdə yerinə gəlmiş əməkdaşlarına təhvil verib.

Baş verən insidentlə bağlı araşdırma aparılır.


Qaynar.info