Xəbər lenti

Azərbaycanda siqaret çəkən xanımların sayı artıb
Ölkə09:40 16.05.2013

Azərbaycanda siqaret çəkən xanımların sayı artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda siqaret çəkənlər arasında gənc xanımların sayı olduqca artıb. 

ANS PRESS-in məlumatına görə, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, ürək cərrahı Kamran Musayev bu gün "Bakı Ürək Günləri” 3-cü Beynəlxalq Konqresinə dair mətbuat konfransında bildirib. 

Kamran Musayevin sözlərinə görə, bu xəstəliklərdən qorunmaq üçün mütləq siqaretdən uzaq durmalıyıq: "Təəsüflə deməliyəm ki, ölkəmizdə gənclər arasında, xüsusilə də gənc xanımlar arasında bu daha çox yayılır. Bundan başqa, qidalanmağımız önəmlidir. Mən də mətbəximizi çox sevirəm, amma biz mətbəximizdə ciddi dəyişikliklər etməsək, bu xəstəklilər ölkəmizdə bəlkə də dünyadakından da daha çox inkişaf edəcək. Bizim yağlı və ətli qidalardan ciddi şəkildə uzaqlaşmalıyıq. Bu inqilabı etməsək, vəziyyət daha da pisləşəcək".

Qaynar.info