Xəbər lenti

Azərbaycanda siqaret ucuzlaşacaq
Ölkə06:27 15.02.2016

Azərbaycanda siqaret ucuzlaşacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ölkədə az satılan siqaretlərin qiyməti aşağı düşəcək”

Bunu AzVision.az-a “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri, millət vəkili Rüfət Quliyev deyib. 

Deputatın sözlərinə görə, hazırda insanlar arasında bahalı siqaretlərə tələbat azalıb: “Azərbaycanda bazar iqtisadiyyatıdır. Nəyə tələb varsa, ona da təklif var. Əgər tələb-təklif qanunu pozulursa, deməli o məhsulun qiyməti aşağı düşməlidir. Proqnozum belədir ki, daha bahalı siqaretlərin satışı azalacaq və qiyməti aşağı düşəcək”. 

R.Quliyev qeyd edib ki, siqaretlərin 70-75 faizinin dadı eynidir: “Burada fərq siqaret qutusunun üzərindəki markanın adındadır. Qutu üzərindəki markanın adı insanların şüuruna təsir edir. Yəni, satılan siqaret yox, markadır”. 

Qaynar.info