Xəbər lenti

Azərbaycanda son 24 saatda koronavirusa yoluxanların sayı kəskin artdı
Ölkə13:25 05.05.2020

Azərbaycanda son 24 saatda koronavirusa yoluxanların sayı kəskin artdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, 28 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 2 060 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 508 nəfər müalicə olunaraq sağalıb, 26 nəfər vəfat edib, 526 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 27 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 164 481 test aparılıb.