Xəbər lenti

Azərbaycanda son 4 gündə 300 zəlzələ olub
Ölkə16:40 22.11.2017

Azərbaycanda son 4 gündə 300 zəlzələ olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Noyabrın əvvəlindən bu günə qədər Azərbaycanda 400 zəlzələ olub.
Qaynarinfo xəbər verir ki, bu barədə AzVision.az-a AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli məlumat verib. O bildirib ki, həmin zəlzələrin 25-i hiss olunub.
"Noyabrın 15-də Ağdamda baş verən zəlzələnin afterşokları hələ də davam edir. Bu gün orada 3 zəif təkan olub. Ümumilikdə isə həmin zəlzələdən sonra 200-ə qədər afterşok olub. Bu cür zəlzələlərdə afterşoklar davam edir. Son 4 gün ərzində isə 300 zəlzələ olub ki, bura afterşoklar da daxildir”.