Xəbər lenti

Azərbaycanda tanınmış müğənninin oğlu adam öldürdü
Ölkə11:13 15.03.2016

Azərbaycanda tanınmış müğənninin oğlu adam öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bərdə rayonunda qətl törədilib. 
Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, rayonun Alaçadırlı kəndində 1990-cı il təvəllüdlü Allahverdiyev Tural Vidadi oğlu tanışı, 24 yaşlı Məkan İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin borc pul üstündə baş verdiyi bildirilir.
Qətl törədən T.Allahverdiyev bir müddət əvvəl vəfat etmiş tanınmış müğənni Vidadi Bərdəlinin oğludur.
Qaynar.info