Xəbər lenti

Azərbaycanda tarixi şəxsiyyətlər qanunla qorunacaq
Ölkə07:18 19.04.2013

Azərbaycanda tarixi şəxsiyyətlər qanunla qorunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli Məclisə “Tarixi şəxsiyyətlərin qorunması” haqqında qanun layihəsi təqdim olunacaq

Milli Məclisin bu günkü iclasında Mədəniyyət Komitəsinin sədri, deputat Nizami Cəfərov “tarixi şəxsiyyətlərin qorunması” haqqında qanun layihəsinin hazırlanması ilə bağlı təklif irəli sürəcək.

Bu barədə Modern.az-a deputat N. Cəfərov bildirib. Millət vəkilnini sözlərinə görə analoji qanunlar xarici ölkələrdə tətbiq olunur. “Bu qanuna görə Azərbaycanın ictimai-siyasi-mədəni həyatında önəmli rolu olmuş şəxslər barədə təhqiredici ifadələr işlədənlər müvafiq məsuliyyət daşımalıdırlar.  Bu təklif Milli Məclisin digər deputat həmkarlarım tərəfindən də dəstəklənib. Belə qanunun qəbuluna ehtiyac var”, -deyə N. Cəfərov vurğulayıb. 

Qaynar.info