Xəbər lenti

Azərbaycanda tələbə bir siqaretə qurban getdi - DƏHŞƏTLİ TƏFƏRRÜATLAR
Ölkə17:40 11.01.2017

Azərbaycanda tələbə bir siqaretə qurban getdi - DƏHŞƏTLİ TƏFƏRRÜATLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonunda 16 yaşlı yeniyetmənin 18 yaşlı gəncə yaxınlaşaraq siqaret istəməsi qanla nəticələnib. Belə ki, "yox" cavabı alan yeniyetmə bıçağa əl atıb.
Qətl hadisəsi Cəlilabad rayon Səttarxan küçəsində baş verib. Belə ki, 18 yaşlı tələbə Emin Abdullayev ayaqqabısını təmir etdirib evə qayıdan zaman 16 yaşlı yeni yetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticlənib. 
16 yaşlı yeniyetmə Eminin ürək nahiyəsinə bir bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.
Qaynarinfo.Az