Xəbər lenti

Azərbaycanda tələbələrlə bağlı daha bir yenilik
Ölkə07:39 26.11.2013

Azərbaycanda tələbələrlə bağlı daha bir yenilik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tələbələr İİV müayinəsinə cəlb olunacaq

Azərbaycan bu il ilk dəfə olaraq Avropa regionunda keçirilən İİV-lə müayinə ilə bağlı Avropa həftəliyinə qoşulub.

APA-nın xəbərinə görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova Bakıda keçirilən “Dünya QİÇS həftəsi ərəfəsində yeniyetmələrin İİV testindən keçməsi istiqamətində təbliğat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bununla bağlı noyabrın 22-dən 29-dək Azərbaycanın bir neçə regionunda, o cümlədən Bakı şəhərindəki ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin belə aksiyada iştirakı nəzərdə tutulub. E.Alməmmədova qeyd edib ki, hazırda 3 ali məktəbin tələbələri könüllülük prinsipi əsasında bu müayinələrdən keçib və nəticələrini bilib: “Bizim də məqsədimiz bu müayinədən keçmək, tələbələri, yeniyetmələrə bu xəstəlik haqqında məlumat verməkdir. Bu həftəliyin şüarı “İİV haqqında danış, söhbət et və testdən keç!”dir”.

Qaynar.info